×
A
A
A
Sazlamalar

Avropa Azərbaycanlıları Konqresinin Xocalı soyqırımına həsr olunan onlayn konfransı keçirilib

Budapeşt, 27 fevral, AZƏRTAC

“ZOOM” platforması ilə Avropa Azərbaycanlıları Konqresinin Xocalı soyqırımına soyqırımının 29-cu ildönümünə həsr olunan onlayn-konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımovun moderatorluğu ilə keçən konfransın işində təşkilatın idarə heyətinin üzvləri, həmçinin dəvət edilmiş diplomatlar, ekspertlər, diaspor fəalları iştirak ediblər.
Erməni hərbi qüvvələrinin törətdiyi Xocalı soyqırımının və digər qanlı cinayətlərin günahsız qurbanlarının və 2020-ci il Vətən müharibəsində canlarını qurban verən şanlı şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tanınmış ictimai xadimlər, Milli Məclisin deputatları, Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarının yüksək vəzifəli əməkdaşları, Avropada Azərbaycan diaspor təşkilatlarının rəhbərləri – Qənirə Paşayeva, Ramin Məmmədov, Musa Qasımlı, Fikrət Axundov, Eldar Bayramov, Qüdsi Osmanov, İlham İsmayılov, Sabir Rüstəmxanlı, Tənzilə Rüstəmxanlı, Arzu Oqtay, Natiq Bağırov, Yaşar Milnits, Nadir Hollenbrand, Cavanşir Feyziyev, Elman Nəsirov, Vaqif Seyidbayev konfransda çıxış ediblər. Onlar dövlətimizin müasir tarixində Azərbaycan Ordusunun bu yaxınlarda Vətən müharibəsindəki möhtəşəm qələbəsinin rolunu qeyd ediblər. Vurğulanıb ki, ermənilər Xocalıda və digər yaşayış yerlərində törətdikləri cinayət əməllərinə görə döyüş meydanında layiqli cavablarını aldılar.
Çıxış edənlər diaspor təşkilatlarının regionun tarixi və müasir reallıqları barədə dünya ictimaiyyətinin məlumatlandırılması üzrə bundan sonrakı fəaliyyət planını müəyyən ediblər.


Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Xocalı faciəsi 2021-02-27 13:18:00