×
A
A
A
Sazlamalar

İçərişəhərdə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib

Bakı, 27 fevral, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “Qarabağdır Azərbaycan!” adlı onlayn konfrans keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş konfransda əvvəlcə faciəyə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub.
Çıxışçılar Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olduğunu bildiriblər. Qeyd edilib ki, bu hadisə aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi kimi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir.
Tədbir bədii hissə ilə sona çatıb. Bədii hissədə Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyası şagirdlərinin ifasında "Xocalı" adlı kompozisiya təqdim edilib.

Mədəniyyət 2021-02-27 11:15:00