×
A
A
A
Sazlamalar

Qazaxıstanda Xocalı soyqırımına həsr olunan videokonfrans keçirilib

Nur-Sultan, 26 fevral, AZƏRTAC

Qazaxıstanın Mangistau, Atırau, Aktöbe və Qərbi-Qazaxıstan vilayətlərində Xocalı faciəsinə həsr olunan videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın adıçəkilən vilayətlərində təhsil alan azərbaycanlı tələbələr ilə keçirilən tədbirdə baş konsulluğun başçısı Elmar Məmmədov 1992-ci il tarixində Azərbaycanın Xocalı şəhərində erməni quldurları tərəfindən dinc əhaliyə qarşı törədilmiş soyqırımı barədə danışıb. O, hazırda Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və gənclərin dünyada milli-mədəni həmrəyliyi, habelə Heydər Əliyev Fondunun, xüsusilə fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə görülən işlərdən bəhs edib.
Diplomat Vətən müharibəsində Qələbə qazanmağımıza baxmayaraq, qan yaddaşımızın, habelə tariximizin unudulmaması üçün bu cür tədbirlərin keçirilməsinin vacib olduğu vurğulayıb.
2022-ci ildə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunacaq genişmiqyaslı tədbirlərin keçirilməsi, habelə gənc nəslin bu tədbirlərdə daha aktiv iştirak etmələri məqsədilə hərtərəfli addımların atılacağı barədə fikir mübadiləsi aparılıb.
Tələbələrə Xocalı soyqırımına dair Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sənədli film nümayiş olunub.
Videokonfransda E.Məmmədov tələbələrin suallarına cavab verib.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Xocalı faciəsi 2021-02-26 21:51:00