×
A
A
A
Sazlamalar

Azərbaycanın Ukraynadakı səfirliyinin qarşısında Xocalı soyqırımı ilə bağlı guşə yaradılıb

Kiyev, 26 fevral, AZƏRTAC

Azərbaycanın Ukraynadakı səfirliyinin qarşısında “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım guşəsi yaradılıb.
AZƏRTAC xəbər verir ki, fevralın 26-sı səhər saatlarından başlayaraq Kiyev sakinləri, həmçinin səfirliyin əməkdaşları, soydaşlarımız, diaspor rəhbərləri, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin üzvləri, yüzlərlə insan guşəni ziyarət edib, Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb, guşənin qarşısına gül dəstələri düzüb və şamlar yandırıblar.
Guşədə ermənilərin 1992-ci il Xocalı soyqırımında törətdiyi cinayətlər, 2020-ci il Gəncə, Bərdə, Tərtər və digər şəhərlərdə mülki şəxslərə qarşı terror aktlarına dair məlumatlar əksini tapıb.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xocalı faciəsi 2021-02-26 20:41:00