×
A
A
A
Sazlamalar

Finlandiyada Xocalı soyqırımı ilə bağlı elektron lövhə quraşdırılıb

Bakı, 26 fevral, AZƏRTAC

Finlandiyanın paytaxtı Helsinki şəhərinin mərkəzində dəmiryolu vağzalında və metro stansiyasında “Xocalıya ədalət!” şüarı yazılmış rəqəmsal lövhələr quraşdırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, böyük ekranlarda nümayiş etdirilən və şəhər mərkəzində insanların ən sıx olduğu yerdə quraşdırılan ekranda həm də Xocalı soyqırımı ilə bağlı internet saytı təqdim edilib.
Elektron lövhə 3 gün müddətində nümayiş olunacaq.
Layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatının rəhbəri, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşəbbüsü ilə həyata keçirilib.

Xocalı faciəsi 2021-02-26 19:54:00