×
A
A
A
Sazlamalar

Aktaudakı Baş konsulluq tərəfindən Xocalı soyqırımına həsr olunan silsilə tədbirlər keçirilir

Nur-Sultan, 26 fevral, AZƏRTAC

Azərbaycanın Aktaudakı Baş konsulluğu tərəfindən Xocalı soyqırımına həsr olunan silsilə tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Aktaudakı “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbəri və üzvləri, Özbəkistanın, Türkmənistanın və Türkiyənin Aktaudakı Baş konsulları, diplomatik heyəti, o cümlədən dağıstanlıların “Dağıstan”, çeçen-inquşların “Vaynax”, qırğızların etnik-mədəni cəmiyyətlərinin rəhbərləri və nümayəndələri, “Mangistau-Media” şirkəti iştirak ediblər. Habelə, tədbirə Azərbaycanın iş adamları, tələbələr və yerli ziyalılar da qatılıblar.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət!” (rus və Azərbaycan dillərində) qısametrajlı sənədli filmlər nümayiş olunub.
Baş konsul vəzifəsini icra edən Elmar Məmmədov ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımı haqqında məlumat verərək, bu cinayətin dünya ictimaiyyətinə çatdırılmasından, son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasından danışıb.
Tədbirdə, çıxış edələr Azərbaycanla ölkələri arasında mövcud münasibətlərdən söz açaraq, Xocalı soyqırımını pisləyib, Vətən müharibəsində qazanılan Qələbə münasibətilə də təbriklərini çatdırıblar.
“Mangistau-Media” şirkətinin direktoru Aysulu Dutbayeva Xocalı soyqırımında yaşananlardan dəhşətə gəldiyini bildirib. O, Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə təbrikini çatdıraraq, Azərbaycan xalqına sülh və əmin-amanlıq dilədiyini, Azərbaycan-Qazaxıstan dostluğunun əbədi olduğunu vurğulayıb.
Çıxış edən digər qonaqlar da Xocalı soyqırımını insanlığa qarşı cinayət olduğunu bildiriblər.
Qırğızların etnik-mədəni cəmiyyətinin rəhbəri Q.Kazibekov Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin və həlak olan dinc sakinlərin ruhlarına yasin oxuyub.

Xocalı faciəsi 2021-02-26 19:32:00