×
A
A
A
Sazlamalar

İmişlidə Zəfər prospektində Xocalı faciəsinin ildönümü ilə əlaqədar 613 ağac əkilib

İmişli, 26 fevral, Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ağacəkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində 613 həmişəyaşıl ağac əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada rayonun ziyalıları ilə yanaşı, gənclər və könüllülər də iştirak ediblər. Ağacların əkilməsi üçün ayrılan ərazi öncə kol-kosdan təmizlənib və quyular qazılıb. Pandemiya şəraitinin qaydalarına uyğun olaraq iməcilik keçirilib. Ağaclar Zəfər prospektinin kənarında əkilib.

Regionlar 2021-02-26 19:23:00