×
A
A
A
Sazlamalar

İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri Xocalı soyqırımı ilə əlaqədar həmkarlarına məktub göndərib

Bakı, 26 fevral, AZƏRTAC
İtaliya-Azərbaycan parlament dostluq qrupunun rəhbəri senator Stefano Luçidi Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimlinin müraciətinə cavab olaraq, Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar həmkarlarına məktub göndərib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, məktubda Xocalı hadisələri yad edilir, bu dəhşətli soyqırımla bağlı başsağlığı ifadə olunur. Bildirilir ki, bu cür faciələr və soyqırımı hər bir xalqın qan yaddaşına əbədi həkk edilir.
Məktubda daha gözəl gələcək üçün İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərindən danışılır, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında İtaliyanın dəstəyi bildirilir.

Xocalı faciəsi 2021-02-26 19:06:00