Əslən Xocalıdan olan Əkbər Kərimov: Erməni qəsbkarları tərəfindən 10-dan çox qohumum öldürülüb
Bakı, 26 fevral, AZƏRTAC
Genetik Ehtiyatlar İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçən anım tədbiri Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxışında erməni quldurları ilə birlikdə sovet ordusunun 366-cı alayının törətdikləri Xocalı soyqırımını bəşəriyyət tarixində ən qanlı hadisələrdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilib, Prezident İlham Əliyevin apardığı davamlı və məqsədyönlü siyasət nəticəsində Xocalı soyqırımı bir sıra dövlətlər tərəfindən tanınıb.
Z.Əkpərov, həmçinin qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu işğal altında olan ərazilərimizi geri qaytarmaqla Xocalı qurbanlarının qisasını aldı.
İnstitutun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, əslən Xocalıdan olan Əkbər Kərimov hadisələrlə bağlı valideynlərinin və yaxın qohumlarının xatirələrini danışıb. O bildirib ki, həmin hadisələrin şahidi olub və erməni qəsbkarları tərəfindən 10-dan çox qohumu öldürülüb.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.
ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb
Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib