×
A
A
A
Sazlamalar

Gənclər təşkilatları “Ana harayı” abidəsini ziyarət edib

Bakı, 26 fevral, AZƏRTAC

Bəşəriyyət əleyhinə törədilmiş ən böyük cinayətlərdən birinin - Xocalı soyqırımının 29-cu ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi bu il də Xocalıda erməni faşistləri nəticəsində qətlə yetirilən günahsız insanların xatirəsi dərin hörmətlə anılıb. Hadisə qurbanlarının şərəfinə ucaldılmış “Ana harayı” abidəsi ölkənin aparıcı gənclər təşkilatlarının nümayəndələri tərəfindən ziyarət olunub. Gənclər abidə önünə güllər düzüb, faciə qurbanlarının ruhlarını dərin ehtiramla yad ediblər.
Budəfəki ziyarət Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə fonunda fərqli hisslər yaşatdı. Çünki Vətən müharibəsi dövründə Xocalı soyqırımını törətmiş hərbi cinayətkarların bir qismi qəhrəman Ordumuz tərəfindən məhv edilib, Xocalı soyqırımının qisası alınıb. Gənclər Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması istiqamətində fəaliyyətlərini bundan sonra da əzmlə davam etdirəcəklər.

Xocalı faciəsi 2021-02-26 18:15:00