×
A
A
A
Sazlamalar

Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Faciənin üzərindən 29 il ötsə də, bu qanlı qırğının dəhşətləri hələ də qəlbimizi sızladır.
Bu sözləri fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edən Ağdam sakini Sevil Vəliyeva AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, tarixin hələ indiyədək şahid olmadığı bu qətliamı yalnız insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar dinc insanları qətlə yetirərək öz bədnam hərəkətləri ilə tarixdən oxuduğumuz ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Bu gün Bakıda Xocalı faciəsi qurbanlarının xatirəsinə bir abidə ucalır – “Ana harayı”. Bu abidə Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir.
S.Vəliyeva qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində inamlı Qələbəsi ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının qisası alındı.

Xocalı faciəsi 2021-02-26 16:50:00