×
A
A
A
Sazlamalar

Vətən müharibəsi qazisi: Biz döyüşlərdə həm Xocalı soyqırımı qurbanlarının, həm də şəhidlərimizin qisasını aldıq

Bakı, 26 fevral, AZƏRTAC
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini zəbt edərək kütləvi qırğın törədiblər. Bilirik ki, ermənilər Xocalıda 613 günahsız insanı amansızlıqla qətlə yetiriblər. Soyqırımı zamanı ermənilər xalqımıza qarşı vəhşilik törədiblər. Vətən müharibəsində döyüşlər zamanı düşmənin vəhşiliyinin daha yaxından şahidi oldum. Tarixin hələ indiyədək şahid olmadığı bu qətliamı yalnız insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Bu, dəhşətli faciədir. Odur ki, biz Xocalı faciəsini heç vaxt unutmayacağıq.
Bu barədə AZƏRTAC-a müsahibəsində fevralın 26-da Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının abidəsini ziyarət edən Vətən müharibəsi qazisi Mobil Əhmədzadə deyib. O həmçinin bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşa azad edilən gün ağır yaralanıb. Düşmən tərəfindən əsir götürülüb. Xocalı qətliamı Azərbaycan xalqına vurulan ən ağır zərbədir. Biz Vətən müharibəsi zamanı döyüşlərdə həm Xocalı soyqırımı qurbanlarının, həm də bütün şəhidlərimizin qisasını aldıq, günahsız tökülən qanlar yerdə qalmadı.

Xocalı faciəsi 2021-02-26 15:29:00