×
A
A
A
Sazlamalar

Şamil Sabiroğlu: Şahid olduğum vəhşiliklərdən hələ də özümə gələ bilmirəm VİDEO

Ağdam, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
XX əsrin ən böyük faciəvi hadisələrindən olan Xocalı qətliamı təkcə azərbaycanlılara deyil, ümumilikdə, bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Bu cinayəti törədənlərin insanlığa qənim kəsildiyini isə təkcə tarixi sənədlər deyil, həm də faciənin canlı şahidi olmuş soydaşlarımızın xatirələri sübuta yetirir.
Üstündən illər ötsə də, Xocalı faciəsinin şahidləri hələ də ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərin təsirindən çıxa bilmirlər. Belə insanlardan biri - Xocalı faciəsi zamanı Qarabağa ezam olunmuş "Səhər" qəzetinin müxbiri Şamil Sabiroğlu AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 29 il əvvəl şahidi olduğu dəhşətli hadisələrdən danışıb. O deyib: "Biz fevral ayının 21-dən Ağdamda idik. O zaman hamı gözləyirdi ki, Ağdamdan Xocalıya yol açılacaq. Ancaq yol açılmadı və faciə baş verdi. Çox ağır vəziyyət idi. Şelli-Qaraqaya istiqamətindən daha çox meyit, yaralı gətirilirdi. Ağdam camaatına minnətdarlığımı bildirirəm ki, o zaman hamı bacardığı qədər köməklik göstərdi. Meyitlər Ağdam məscidinə gətirilərək yuyulur, kəfənlənir və dəfn edilirdi. Ayın 26-sı axşama qədər meyitləri çıxardıq. Axşam saat 6-da yadıma düşdü ki, Bakıya məlumat verməmişəm. "Səhər" qəzetinin redaksiyasına zəng edib Xocalıda faciə baş verməsi barədə məlumatı çatdırdım. Qəzetin həmin nömrəsində Xocalı faciəsi ilə bağlı məlumat verildi".
Şamil Sabiroğlu Xocalı soyqırımı zamanı erməni vəhşiliklərini əks etdirən 43 foto çəkdiyini deyib: "Çəkdiyim fotoların 22-si daha dəhşətlidir. O qədər dəhşətli hadisələrin, misilsiz vəhşiliklərin şahidi olmuşam ki, hələ də özümə gələ bilmirəm".

Regionlar 2021-02-26 15:06:00

Video