×
A
A
A
Sazlamalar

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirlər çərçivəsində hərbi qulluqçular Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edib, kitab, foto və rəsm sərgiləri ilə tanış olub. Həmçinin şəxsi heyətə faciəyə dair ədəbi-bədii kompozisiyalar, bədii və sənədli filmlər nümayiş etdirilib. Eləcə də səyyar təşviqat qruplarının azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşləri təşkil olunub.

 

Ordu 2021-02-26 14:25:00

Video