×
A
A
A
Sazlamalar

Qiymətli metal filizləri və konsentratlarının istehsalı azalıb

Bakı, 26 fevral, AZƏRTAC

Yanvar ayında mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 692,4 kiloqram olub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,8 faiz azalıb.
Fevralın 1-nə olan vəziyyətə əsasən, 779,9 kiloqram hazır məhsul ehtiyatı qalıb.

Sənaye 2021-02-26 14:05:00