×
A
A
A
Sazlamalar

Keçən ay ölkədə 270,9 kiloqram qızıl istehsal edilib

Bakı, 22 fevral, AZƏRTAC

Bu ilin yanvar ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 270,9 kiloqramı qızılın payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq ayı ilə müqayisədə 33,1 faiz azalıb.
Fevralın 1-nə olan vəziyyətə əsasən, 365,8 kiloqram hazır qızıl ehtiyatı var.

Sənaye 2021-02-22 13:11:00