×
A
A
A
Sazlamalar

Ötən ay 9,79 milyon dollarlıq polietilen ixraca göndərilib

Bakı, 20 fevral, AZƏRTAC

Yanvar ayında Azərbaycandan 10,23 min ton polietilen ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ay ərzində ixrac olunan polietilenin dəyəri isə 9,79 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2020-ci ilin eyni ayında 8,41 milyon dollarlıq 12,3 min ton polietilen ixrac olunub.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

 

Sənaye 2021-02-20 14:21:00