Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208; 2019, № 5, maddə 798, № 7, maddə 1190, № 8, maddə 1382, № 11, maddə 1684, № 12, maddə 1881; 2020, № 5, maddə 508, № 6, maddələr 662, 668, № 7, maddələr 824, 830; Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 179-VIQD və 185-VIQD nömrəli, 6 noyabr tarixli 192-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.21-ci və 1.0.31-ci maddələrdə “dövlət təhsil sənədinin” sözləri “təhsil haqqında dövlət sənədinin” sözləri ilə əvəz edilsin.
2. 1.0.26-cı maddəyə “təhsil” sözündən sonra “haqqında dövlət” sözləri əlavə edilsin.
3. 17.2-ci maddənin ikinci cümləsində “dövlət nümunəli sənədin” sözləri “təhsil haqqında dövlət sənədinin” sözləri ilə əvəz edilsin.
4. 19.20-ci maddədə “dövlət təhsil” sözləri “təhsil haqqında dövlət” sözləri ilə əvəz edilsin.
5. 21.3-cü maddənin ikinci cümləsində “dövlət nümunəli sənəd” sözləri “təhsil haqqında dövlət sənədi” sözləri ilə əvəz edilsin.
6. 21.4-cü maddədə “sənəd” sözü “dövlət sənədi” sözləri ilə əvəz edilsin.
7. 27-ci maddə üzrə:
7.1. 27.1-ci maddəyə “səviyyəsini” sözündən sonra “(doktorantura istisna olmaqla)” sözləri və “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;
7.2. 27.3-cü maddəyə “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin.
8. 29.0.20-ci maddədə “nümunələrini” sözü “təsvirlərini” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 18 dekabr 2020-ci il.

Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin təsis edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında MSİBM-in Azərbaycan Respublikasında statusuna dair” Sazişin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Qanunlar 2021-02-05 14:00:00