×
A
A
A
Sazlamalar

İspaniya portalında 20 Yanvar faciəsinə həsr edilmiş məqalə dərc olunub

Madrid, 29 yanvar, AZƏRTAC
İspaniyanın böyük oxuyucu kütləsinə malik “Diplomat in Spain” elektron portalında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycan bu ölkədəki səfirliyinin tərəfindən təşkil edilən onlayn konfrans barədə məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə onlayn konfransda Madrid Muxtar Universitetinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Xesus Xil Fuensantanın 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən kütləvi qırğın barədə məlumat verdiyi, hərbi müdaxilə nəticəsində 147 mülki şəxsin qətlə yetirildiyi, 744 nəfərin ağır xəsarətlər aldığını bildirdiyi diqqətə çatdırılıb.
Yazıda, həmçinin Ermənistanın əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı ölkəmizdən ayırmaq üçün 1988-ci ildən təxribata əl atdığı, bölgənin azərbaycanlı əhalisinə qarşı soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirdiyi xüsusi vurğulanır.
1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olan sovet ordusu tərəfindən mülki əhaliyə qarşı kütləvi qırğının həyata keçirildiyi, paytaxtla yanaşı, ölkəmizin digər regionlarında da oxşar qətliamların törədildiyi qeyd olunur.


Nigar Cəfərli
AZƏRTACın xüsusi müxbiri
Madrid

20 yanvar 2021-01-29 13:19:00