×
A
A
A
Sazlamalar

Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb

Bakı, 27 yanvar, AZƏRTAC 

Ötən il mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 7881,3 kiloqram olub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici 2019-cu illə müqayisədə 4,6 faiz artıb.
Cari il yanvarın 1-nə olan vəziyyətə əsasən, 179,8 kiloqram hazır məhsul ehtiyatı qalıb.

Sənaye 2021-01-27 14:02:00