×
A
A
A
Sazlamalar

Ötən il 3,5 tondan çox qızıl istehsal edilib

Bakı, 27 yanvar, AZƏRTAC

Keçən il ölkənin mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 3571,5 kiloqramı qızılın payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici 2019-cu illə müqayisədə 3,8 faiz azalıb.
Cari il yanvarın 1-nə olan vəziyyətə əsasən, 115,2 kiloqram hazır qızıl ehtiyatı var.

 

Sənaye 2021-01-27 11:35:00