×
A
A
A
Sazlamalar

FHN: Xırdalanda baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub

Xırdalan, 26 yanvar, AZƏRTAC

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Dağıntılar altından bir nəfərin cansız bədəni çıxarılıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a də xilasetmə əməliyyatı ilə bağlı verilən son məlumatı görə, həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.
Həyata keçirilmiş tədbirlər nəticəsində dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində bundan əvvəl dağıntı altından 6 nəfər vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

Hadisə 2021-01-26 00:50:00