×
A
A
A
Sazlamalar

Xırdalanda partlayış zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib

Xırdalan, 25 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Xırdalanda baş vermiş partlayış nəticəsində 6 nəfər müxtəlif bədən xəsarətləri ilə paytaxt xəstəxanasına yerləşdirilib
Bunu AZƏRTAC–a Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova bildirib. O, hadisə baş verəndən sonra qısa müddət ərzində üç həkim briqadasının artıq hadisə yerində olduğunu qeyd edib.
M.Qaralovanın verdiyi məlumata görə, partlayış baş verən fərdi yaşayış evinin sahibi 1982-ci il təvəllüdlü Musayev Vüsal Firuddin oğlunun durumu o birilərinə nisbətən daha ağırdır. Onun sözlərinə görə, xəsarət alanlardan biri uşaqdır.

Hadisə 2021-01-25 22:20:00