×
A
A
A
Sazlamalar

Xırdalanda axtarış-xilasetmə əməliyyatı davam edir: 3 nəfər xilas edilib

Bakı, 25 yanvar, AZƏRTAC 

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
FHN-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş operativ tədbirlər nəticəsində nazirliyin xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 3-ə çatıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

Hadisə 2021-01-25 20:50:00