×
A
A
A
Sazlamalar

İtaliya klubu baş məşqçisi ilə müqaviləni yeniləyib

Bakı, 25 yanvar, AZƏRTAC

İtaliyanın “Kalyari” futbol klubu baş məşqçisi Eusebio Di Françesko ilə müqaviləni yeniləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Əlli bir yaşlı mütəxəssislə yeni sözləşmənin müddəti 2023-cü ilin yayınadəkdir.
Qeyd edək ki, Eusebio 2020-ci ilin avqustundan “Kalyari”ni çalışdırır. Onun əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi. “Kalyari” A Seriyasının turnir cədvəlindı 18-ci sırada yer alır.

 

İdman 2021-01-25 19:00:00