×
A
A
A
Sazlamalar

Tanınmış mütəxəssis koronavirusa görə Çin klubundan ayrılır

Bakı, 25 yanvar, AZƏRTAC

Çinin “Dalyan Lifan” futbol klubu baş məşqçisi Rafael Beniteslə yollarını ayıracaq.
AZƏRTAC xəbər verir ki, 61 yaşlı mütəxəssis koronavirusun Uzaq Şərqdə yayılması ilə bağlı hazırkı vəziyyətə görə postunu tərk edəcək.
İspaniyalı baş məşqçi ailəsinə yaxın olmaq üçün bu qərarı verib. Hazırda onunla klub rəhbərliyi arasında danışıqlar davam edir. Benites komandaya yeni baş məşqçi tapmaqda köməklik göstərir.
Qeyd edək ki, R.Benites İngiltərədə “Liverpul”, “Çelsi”, İspaniyada isə “Real Madrid” kimi komandaların baş məşqçisi olub.

İdman 2021-01-25 18:49:00