×
A
A
A
Sazlamalar

Ötən il Astarada 2 min 701 ton taxıl məhsulları istehsal olunub

Astara, 25 yanvar, Bağır Əliyev, AZƏRTAC

Ötən il Astara rayonunda dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) 748,7 hektar əkin sahəsindən 2 min 105,4 ton məhsul yığılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən il rayonda, həmçinin 190,5 min hektar dən üçün qarğıdalı sahəsindən 596,3 ton məhsul toplanılıb. Qarğıdalı dəni də nəzərə alınmaqla, rayon üzrə taxıl istehsalı 2 min 701,7 ton olub.

Kənd təsərrüfatı 2021-01-25 18:43:00