×
A
A
A
Sazlamalar

“Çelsi” baş məşqçisi Frenk Lempardla yollarını ayırıb

Bakı, 25 yanvar, AZƏRTAC

İngiltərənin “Çelsi” futbol klubu baş məşqçisi Frenk Lempardla yollarını ayırıb.
AZƏRTAC London klubu rəsmi saytına istinadla xəbər verir ki, 2019-cu ilin yayında “Çelsi”nin sükanı arxasına keçən 43 yaşlı mütəxəssisin istefaya göndərilməsinə səbəb komandanın cari mövsümdəki uğursuz çıxışıdır. Bu səbəbdən rəhbərlik Lempardın 2022-ci ilin yayınadək olan sözləşməsinə xitam verib.
“Çelsi”də boş qalan baş məşqçi postuna tezliklə almaniyalı Tomas Tuxelin təyin olunması gözlənilir.
Qeyd edək ki, London təmsilçisi İngiltərə Premyer Liqasında 19 turdan sonra turnir cədvəlində 29 xalla 9-cu pillədə qərarlaşıb.

İdman 2021-01-25 18:39:00