×
A
A
A
Sazlamalar

Sabunçu rayon sakinindən narkotik vasitə və silahlar aşkarlanaraq götürülüb

Bakı, 25 yanvar, AZƏRTAC

Sabunçu rayon sakinindən narkotik vasitə və silahlar aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Zabrat qəsəbəsi Nizami küçəsində yaşayan A.Mirzəyevin evinə baxış zamanı oradan 28 qrama yaxın heroin, 20 qramdan artıq metamfetamin, 4 qrama yaxın tiryək, “Mauzer” markalı tapança və “AK-47” markalı təlim silahı patron darağı ilə birgə aşkar edilərək götürülüb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Hadisə 2021-01-25 18:34:00