×
A
A
A
Sazlamalar

Masallıda onlayn şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb

Masallı, 25 yanvar, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə uşaqlar və yeniyetmələr arasında keçirilən, 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş onlayn şeir müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn şeir müsabiqəsinin qalibləri və fərqlənənlər Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən xüsusi karantin rejimi qaydalarına əməl olunmaqla diplomlarla mükafatlandırılıblar.

Regionlar 2021-01-25 18:33:00