×
A
A
A
Sazlamalar

Bərdə rayonunda mağazadan oğurluq edən şəxs yaxalanıb

Bakı, 25 yanvar, AZƏRTAC

Bərdə rayonunda mağazadan oğurluq edən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən il noyabrın 10-da rayon ərazisindəki mağazaların birindən 1500 manat dəyərində danışıq kartı, spirtli içki, meyvə şirəsi və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Bəndəliyev Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Hadisə 2021-01-25 18:28:00