×
A
A
A
Sazlamalar

“Azəriqaz” “Açıq qapı” günləri keçirəcək

Bakı, 25 yanvar, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyində “Açıq qapı” günləri keçiriləcək.
Birlikdən AZƏRTAC-a bildirilib ki, son vaxtlar əhali abonent qrupunun istifadəsində olan, dövlət yoxlama müddəti çatmış smart-kart tipli sayğacların mexaniki-elektron sayğaclarla əvəz edilməsindən sonra guya yeni quraşdırılan qurğuların təbii qazın sərfiyyatını çox qeydiyyata alması barədə fikirlər dolaşır. Bunları nəzərə alaraq “Azəriqaz” İstehsalat Birliyi bu həftədən başlamaqla hər həftənin 2-ci və 4-cü günləri birliyin Metrologiya Departamentində saat 14:00-dan 17:00-dək “Açıq qapı” günləri elan edib. Yanvarın 26-da qeyd olunan saatda Metrologiya Departamentində (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi 72) media və ictimaiyyət nümayəndələri, həmçinin abonentlər təbii qaz sayğaclarının yoxlama mərhələlərini əyani şəkildə izləyə bilərlər.
Qeyd edək ki, “Açıq qapı” günü pandemiya qaydalarının tələblərinə uyğun həyata keçiriləcək.

Neft - qaz 2021-01-25 18:17:00