×
A
A
A
Sazlamalar

Azərbaycan kuboku: “Zirə” səfərdə “Qaradağ Lökbatan”ı məğlub edib

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də futbol üzrə Azərbaycan kubokunun səkkizdəbir final mərhələsi çərçivəsində “Zirə” klubu səfərdə “Qaradağ Lökbatan”ın qonağı olub.
AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da keçirilən qarşılaşmada qonaqlar meydan sahiblərinin qapısından dörd cavabsız top keçiriblər.
“Zirə”nin qollarını Nemanya Andelkoviç, Davit Volkov (2 qol) və Musa Qurbanlı vurublar.
Qeyd edək ki, ölkə kubokunun səkkizdəbir final mərhələsinin birinci oyununda “Səbail” öz meydanında “Zaqatala”nı (3:2), “Qəbələ” isə “Turan Tovuz”u (2:0) məğlub edib. Bu mərhələnin digər oyunu - “Sabah” – “Kəpəz” matçı davam edir.

İdman 2021-01-25 18:12:00