×
A
A
A
Sazlamalar

Dövlət Rəsm Qalereyası “Axın” sərgisinə əsər qəbulu elan edir

Bakı, 25 yanvar, AZƏRTAC 

Dövlət Rəsm Qalereyası 2 fevral - Gənclər Günü ilə əlaqədar olaraq açılacaq “Axın” sərgisinə rəsm əsəri qəbulu elan edir.
Qalereyadan AZƏRTAC-a bildirilib ki, sərgidə iştirak etmək istəyən rəssamlar öz ad, soyadı və əsərin fotosunu məlumatları ilə birlikdə [email protected] adresinə göndərməlidirlər.
Əsərlərin qəbulu yanvarın 28-dək aparılacaq.

Mədəniyyət 2021-01-25 18:01:00