×
A
A
A
Sazlamalar

Aşqarlar Kimyası İnstitutunda başa çatdırılan elmi tədqiqatlar əsasən tətbiqi işlərə yönəldilib

Bakı, 25 yanvar, AZƏRTAC

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 2018-2020-ci illər ərzində başa çatdırılan elmi-tədqiqat işlərindən 12-si tətbiqi xarakterlidir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, hesabat dövründə real iqtisadiyyata xidmət edən əsas tətbiqi işlər “Depressator-AKİ” aşqarının yaradılması, istehsal və istehlakını təmin edən normativ-texniki şənədlə¬rinin işlənilməsi və istehsalının təşkili üzrə işlə¬rin aparılmasıdır. Eyni zamanda, “TC-1” yanacağı, super-antigel və institutda yaradılan “Depressator-AKİ” aşqarından istifadə etməklə dizel yanacağının tələb olunan donma tempera-turunu təmin edən kompozisi¬yanın yaradıl¬ması, xüsusi təyinatlı motor yağının tətbiqi, işlənmiş yağla¬rın regenerasiya texnologiyasının işlənilməsidir. Kənd təsərrü¬fatı məhsulları¬nın tullantıları əsasında neft-qaz quyularının qazılmasında istifadə edilən buruq reagenti¬nin işlənib hazı¬rlanması və tət¬biqi də institutda aparılan tədqiqatlara daxildir.
İnstitutda ölkə daxilində fəaliyyət göstərən müxtəlif dövlət və özəl təşkilatların sifarişləri əsasında təqdim edilən yağ, aşqar nümunələrinin fiziki-kimyəvi analizi, texniki şərtlərin hazırlanması işləri də görülüb.
Həmçinin institut tərəfin¬dən AMEA Yüksək Texnologiya Parkının rezidenti olan Təc¬rübə-Sənaye Zavodu, “Aşqar” Elmi-İstehsalat Birliyi və digərlərinə elmi-texniki yardım göstərilib.

Elm və təhsil 2021-01-25 17:50:00