×
A
A
A
Sazlamalar

Azərbaycan məhsulları Qətərə ixrac olunur

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycan məhsulları Qətərə ixrac olunur.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Azərbaycanın “İDEA” şirkəti və Qətərin daşınmaz əmlak sektorunda aparıcı şirkətlərindən olan “Halul Group Real Estate” şirkəti arasında 2020-ci ilin iyulunda ixraca dair müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq, “İDEA” şirkəti Qətərdə tezliklə istifadəyə verilməsi planlaşdırılan “Doha Oasis” layihəsi üçün yerli memarlarımız tərəfindən müasir üslubda dizayn olunaraq hazırlanan ekotullantı qutuları və skamyalar ixrac edib.
“Doha Oasis” Qətər Dövlətinin paytaxtı Doha şəhərində yerləşən Müşeyreb rayonunun mərkəzində nadir və yüksək səviyyəli çoxfunksiyalı kompleksdir.
Qeyd edək ki, 2014-cü ildən ixraca başlayan “İDEA” şirkəti indiyədək Rusiya, Qazaxıstan, İrlandiya və Qətərə məhsul ixrac edib.

İqtisadiyyat 2021-01-25 17:36:00