×
A
A
A
Sazlamalar

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib

Bakı, 25 yanvar, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə 2020-ci il dekabrın 21-də keçirilmiş müsahibənin nəticəsi ilə bağlı vətəndaşın müraciətinə baxılıb. Vətəndaşın iştirakı ilə keçirilən iclasda müraciəti dinlənilib, hərtərəfli araşdırılıb və müzakirə olunub.
Apellyasiya Şurası haqqında Əsasnamənin tələblərinə uyğun olaraq müvafiq qərar qəbul edilib.

İqtisadiyyat 2021-01-25 16:52:00