×
A
A
A
Sazlamalar

Suraxanı rayonunda pul və təmir-tikinti alətləri oğurlayan şəxs yaxalanıb

Bakı, 25 yanvar, AZƏRTAC

Suraxanı rayonunda pul və təmir tikinti alətləri oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 11-dən 23-dək olan müddətdə Hövsan qəsəbəsi ərazisindəki evlərin birindən 1424 manat dəyərində təmir-tikinti alətləri, şadlıq sarayından 860 manat dəyərində, bir yardımçı otaqdan isə 4000 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisə 2021-01-25 16:35:00