×
A
A
A
Sazlamalar

Salyan rayonunda restorandan oğurluq edən şəxslər tutulublar

Bakı, 25 yanvar, AZƏRTAC

Salyan rayonunda restorandan oğurluq edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 23-də rayon ərazisindəki restoranların birindən 3000 manat dəyərində iki televizor oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunan K.Salahov və S.Quliyev Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Davam etdirilən tədbirlərlə S.Quliyevdən bir bıçaq və iki metadon həbi aşkar edilərək götürülüb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Hadisə 2021-01-25 16:24:00