×
A
A
A
Sazlamalar

ADPU tələbələrinin Danimarkada təhsillərini davam etdirmək imkanı

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 5 tələbəsi üçün 2021/2022-ci tədris ilinin payız semestri müddətində Danimarkada təhsillərini davam etdirmək imkanı yaradılıb. Onlar bu imkanı Danimarkanın Kopenhagen Universitet Kolleci ilə ADPU arasında mövcud ikitərəfli “Erasmus+” mübadilə proqramına əsasən əldə edə bilərlər.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, müsahibələr mart ayında onlayn formatda keçiriləcək. Seçilən namizədlərin onlayn qeydiyyatı isə apreldə aparılacaq.

Elm və təhsil 2021-01-25 16:16:00