×
A
A
A
Sazlamalar

Ərzaq satışı obyektlərində monitorinqlər davam edir

Bakı, 25 yanvar, AZƏRTAC

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi ərzaq satışı obyektlərində monitorinqlər davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yanvarın 22-də ölkə ərazisində fəaliyyət göstərən 69 ərzaq satışı obyektində monitorinqlər aparılıb.
Monitorinqlər zamanı 56 ərzaq satışı müəssisəsində ümumilikdə 93 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Sosial 2021-01-25 16:14:00