×
A
A
A
Sazlamalar

Azərbaycan Gimnastika Federasiyasının 11-ci ümumi yığıncağı keçirilir

Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının 11-ci ümumi yığıncağı keçirilir.
AZƏRTAC xəbər verir ki, federasiyanın Nizamnaməsinə əsasən, builki yığıncaq hesabat-seçki xarakteri daşıyır.
Əvvəlcə gimnastika ailəsinin ötən beş ildə dünyasını dəyişən üzvlərinin və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Gimnastika Federasiyasının son beş ildəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edən federasiyanın vitse-prezidenti Altay Həsənov Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, o cümlədən mötəbər yarışlarda gimnastika üzrə əldə olunan nailiyyətlər barədə məlumat verib.
Sonra federasiyanın baş mühasibi Viktoriya Abuşova 2020-ci il üzrə maliyyə hesabatını təqdim edib.

İdman 2021-01-25 15:47:00