×
A
A
A
Sazlamalar

Coğrafiyaçı alim: Əsrlərlə Azərbaycana qarşı kartoqrafik-toponimiya müharibəsi aparılıb

Bakı, 25 yanvar, AZƏRTAC 

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Geoinformatika və kartoqrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Şamil Əzizov Azərbaycana qarşı əsrlərlə aparılan kartoqrafik-toponimiya müharibəsinin tarixi-coğrafi aspektlərini araşdırıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim erməni və rus kartoqraflarının özlərinin tərtib etdikləri tarixi-coğrafi xəritələrə istinad edərək bəzi faktlar və statistik rəqəmlər əsasında ermənilərin bu yönümdə təcavüzünü ifşa etməyə çalışıb. Tədqiqatlara əsasən məlum olub ki, Azərbaycana qarşı əsrlərlə həm işğalçılıq siyasəti, həm kartoqrafik-toponimiya müharibəsi aparılıb. İlk olaraq, dövlət işğalçılıq siyasətini və ardınca ermənilərin Qafqaza köçürülməsini həyata keçirən rus çarı I Pyotr və ondan sonrakı hökmdarların əsas məqsədlərindən biri azəri türklərinin torpaqlarını istila etmək, onları “yeni” xəritələrdə yeni sərhədlərlə, yeni inzibati-ərazi bölgüsü çərçivələrində reallığa çevrilməsi olub.
Tədqiqatlarda üç yüz il ərzində Azərbaycan xalqına qarşı sayı bilinməyən repressiyalara, deportasiyalara, maddi-mədəni-mənəvi irsimizə vandal münasibətə baxmayaraq, xalqımızın mübarizə apardığı, yaşayıb-yaratdığı və daim inkişaf etdiyi xüsusi qeyd olunub.

 

Elm və təhsil 2021-01-25 15:39:00