×
A
A
A
Sazlamalar

Xaçmazın əkin sahələrində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri aparılır VİDEO

Xaçmaz, 25 yanvar, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunda bu ilin məhsulu üçün 23 min hektardan çox sahədə taxıl əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda əkin sahələrində təhlükəli zərərverici olan siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri həyata keçirilir. Rayon Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri taxıl sahələrində müşahidələr aparıldıqdan sonra fermerlərlə birgə operativ tədbirlər görürlər.
Xaçmaz Rayon Bitki Mühafizə Mərkəzinin rəisi Əkbər Ceyranov bildirib ki, gəmiricilərə qarşı bu günədək 300 hektardan çox sahədə müşahidələr aparılıb. 70 hektar sahədə isə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Bitki mühafizə mərkəzinin mütəxəssisləri taxılçılıqla məşğul olan fermerlərə və fiziki şəxslərə siçanabənzər gəmiricilərə qarşı mübarizə haqqında məsləhət və tövsiyələr, o cümlədən pestisidlərdən düzgün istifadə qaydaları, habelə istifadə zamanı təhlükəsizlik tədbirləri haqqında yazılı məlumatlar verirlər.
Mütəxəssisləri yeni əkilən taxıl sahələrində siçanabənzər gəmiricilərin çox olmasını yay şumunun vaxtında aparılmaması, küləşin sahədən götürülməməsi və şumun səthi aparılması ilə izah edirlər.
Ötən il siçanabənzər gəmiricilərə qarşı 2 min 400 hektar ərazidə müşahidələr aparılıb, 560 hektar taxıl sahəsində isə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Regionlar 2021-01-25 15:18:00

Video