×
A
A
A
Sazlamalar

Xəzər rayonunun Mərdəkan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 25 yanvar, AZƏRTAC

Xəzər rayonunun Mərdəkan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhər sakini Ə.Həsənzadə idarə etdiyi “Range Rover” markalı avtomobili qəsəbə ərazisində yolun kənarında dayanan paytaxt sakinləri A.Bağırova məxsus “Mercedes” və N.Rzayevə məxsus “Daewoo” markalı avtomobillərə vurub. Nəticədə Ə.Həsənzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb, A.Bağırov xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində təhqiqat aparılır.

Hadisə 2021-01-25 14:37:00