×
A
A
A
Sazlamalar

Zaqatalada rayonunda avtomobilin aşması nəticəsində sürücü həlak olub

Bakı, 25 yanvar, AZƏRTAC

Zaqatalada rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Aşağı Tala kənd sakini A.Musayev idarə etdiyi “VAZ-21099” markalı avtomobili Muxax kəndi ərazisində aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.
Hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2021-01-25 14:35:00