×
A
A
A
Sazlamalar

Ötən il Ədliyyə Nazirliyinin icra baş idarəsinə 910 mindən çox iş daxil olub

Bakı, 25 yanvar, AZƏRTAC 

Ötən il Ədliyyə Nazirliyinin İcra baş idarəsinə 910 mindən artıq iş daxil olub. Müraciətlər arasında məhkəmə orqanları tərəfindən icrası barədə qəbul olunan sənədlər çoxluq təşkil edib.
AZƏRTAC xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin 2020-ci ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında nazirliyin icra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev deyib.
O bildirib ki, bu rəqəm 2019-cu illə müqayisədə 49 min iş artıq olub. Daxil olan işlərin 89 faizi məhkəmə tərəfindən qəbul edilən icra sənədləri ilə bağlıdır.

Sosial 2021-01-25 14:27:00