×
A
A
A
Sazlamalar

Alman nəşri Azərbaycan və Türkmənistan dövlət başçılarının videokonfrans formatında keçirilən görüşü barədə yazıb

Berlin, 25 yanvar, AZƏRTAC

Almaniyanın “Berliner Press” nəşri Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirilən görüş barədə material dərc edib.
AZƏRTAC xəbər verir ki, materialda Azərbaycan və Türkmənistan dövlət başçılarının səmərəli görüşlərindən, Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasından söhbət açılır.
Bundan başqa, materialda danışıqların gedişində humanitar sahədə ikitərəfli əməkdaşlığın inkişafının əhəmiyyətinin qeyd edildiyi, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iki ölkə arasında münasibətlərin indiki vəziyyətini yüksək dəyərləndiyi diqqətə çatdırılır.


Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Siyasət 2021-01-25 14:12:00