×
A
A
A
Sazlamalar

Texniki Universitet Vətən müharibəsində iştirak etmiş tələbə və məzunları üçün kompleks qayğı proqramı hazırlayıb

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) Vətən müharibəsində iştirak etmiş tələbə və məzunları üçün kompleks qayğı proqramı hazırlanıb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, yeni proqram universitetin Elmi şurasında təsdiqlənib. Proqrama əsasən Vətən müharibəsində iştirak etmiş tələbə və məzunlarla bağlı universitet tərəfindən müxtəlif layihələr həyata keçiriləcək.
Qeyd edək ki, Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasında 26 nəfər şəhidlik zirvəsinə yüksəlib.

 

Elm və təhsil 2021-01-25 13:13:00