×
A
A
A
Sazlamalar

Mikrobiologiya İnstitutunda magistrantların qış imtahan sessiyası davam edir

Bakı, 25 yanvar, AZƏRTAC

Mikrobiologiya İnstitutunda təhsil alan magistrantların 2020-2021-ci tədris ili üzrə qış imtahan sessiyası davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, yanvarın 25-də mikrobiologiya ixtisası üzrə II kursda təhsil alan magistrant Müjgan Məsimi sənaye mikrobiologiyası fənnindən imtahan verib. Cavabları fənn müəllimi institutun direktoru vəzifəsini icra edən Pənah Muradov yüksək qiymətləndirib.
İmtahan prosesində institutun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Aygün Qasımova iştirak edib.
Mikrobiologiya İnstitutunda növbəti imtahan yanvarın 28-də keçiriləcək.
Xatırladaq ki, ölkədəki mövcud epidemioloji vəziyyətlə əlaqədar imtahanlar “Zoom” platforması vasitəsilə onlayn keçirilir.

 

Elm və təhsil 2021-01-25 12:45:00